İzahlı lüğət

XOŞSİFƏT(Lİ)

sif. [fars. xoş və ər. sifət]
Gözəl, göyçək, xoşsima, qanışirin. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq.
2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar; xeyirxah, səmimi. Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu”. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed