İzahlı lüğət

XOŞLAMAQ

f. Zövqünə uyğun gəldiyi üçün bəyənmək, xoşuna gəlmək, ürəyinə yatmaq. [Gülçöhrə:] Bəs sən məni bir kərə görməklə xoşladın? Ü.Hacıbəyov. [Murad]
Nigarı daha kiçik bir qız ikən xoşlamışdı. S.Hüseyn. // Xoşu gəlmək, sevmək, istəmək. [Doktor Qəbzibəy:] Siz hamınız bilirsiniz və görürsünüz ki, mən atı çox xoşlayanam. Məmmədquluzadə. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. Balaca Kamal nənəsinin nağıllarını çox xoşlardı. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed