
XOŞQILIQsif. Xoşxasiyyətli, hamı ilə yola gedən, xoşrəftar. Xoşqılıq adam. Günəşüzlü, şirinsözlü, xoşqılıq; Ləblərindən axar balı gözəlin. M.P.Vaqif. Otuz beş yaşlarında, ortaboy, xoşqılıq, qəşəng görkəmli Sona qapıda göründü. M.Süleymanov. Ümid necə xoşqılıq; Ümid necə işvəkar; O bütün qıfıllara; Düşən sirli bir açar. B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|