İzahlı lüğət

XOŞNUD

sif və zərf[fars.] Razı, məmnun. Sən pozmusan mənim xoşnud halımı; Abbas sana nə edib, tanrı zalımı? “Abbas və Gülgəz”. [Fərman:] Bircə de görüm, əmim ağa ilə qohum olmaqdan xoşnuddurmu? Ə.Haqverdiyev. [Araz və Günəş] hər şeydə qənaətkar, hər zaman həyatlarından məmnun və xoşnud görünürlərdi. A.Şaiq. [Şah:] Sizi məşrutəçi cavanlar göndəriblər, mən də xoşnudam ki, məmləkətdə belə zəki cavanlar tapılır. C.Cabbarlı. □ Xoşnud etmək - razı salmaq, məmnun etmək. Keçmiş vaxtlarda teatr işlərimiz və teatr nümayişlərimiz məni o qədər məmnun və xoşnud eləməzdi, nə qədər ki indi eləyir. C.Məmmədquluzadə. Xoşnud olmaq - razı düşmək, məmnun olmaq. Məndən təki ol xatirin olsun xoşnud; Şadəm ki, salır fələk bu zindanə məni. S.Ə.Şirvani. [Dərviş:] Bu dəliqanlılar məni dərdimin üstündə doğrayıb itlərə atsaydılar, baxtımdan çox xoşnud olardım.. A.Divanbəyoğlu. [Rəşid:] Anası xoşnud olur, zira nə qədər Qurbanquluya təklif etmişdisə də, rədd cavabı almışdı. T.Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed