
XOŞXASİYYƏT(Lİ) sif. [fars. xoş və ər. xasiyyət] Xoş, yumşaq, mülayim, yaxşı xasiyyəti olan. Xoşxasiyyət adam. - [Fərman] həm yaraşıqlı, həm bacarıqlı, həm də xoşxasiyyət adamdı. M.İbrahimov. O, mehriban, gülərüzlü; Xoşxasiyyət bir nənədir. M.Dilbazi. Ələddinin həyat yoldaşı Qızxanım da əri kimi xoşxasiyyət, üzügülər bir qadın idi. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|