İzahlı lüğət

XAN

is. tar. 1. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs. Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. 19-cu ilin yayında Naxçıvan xanlarının cavanları Keçiliyə ova gəlmişdilər. E.Sultanov. Müxtəlif yerlərdən ruhanilərin, mülkədarların, bəy və xanların “Əkinçi”yə hücumu artıb şiddət edirdi. M.Ibrahimov. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Almış sifarişi Hüseynqulu xan; İldırım tökülür qaş-qabağından. S.Vurğun.
məc. Ağa, hökmran. Necə ki yar ilə həmzəban idim; Xalq içində sultan idim, xan idim. Q.Zakir.
köhn. Aşıq-aşıq oyununda: başçı, hakim. Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. H.Sarabski. Əvvəllər kənd uşaqları, “xan cığal olar” deyə [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu.
məc. Obrazlı təşbehlərdə: canalıcı, işvəli, nazlı gözlərə işarə. Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir.
Bəzi mürəkkəb kişi adlarının ikinci tərkib hissəsi; məs.: Muradxan, İsmixan, Səlimxan.
□□ Xan ilə aş (plov) yemir ki, bığı yağa batar - çox məğrur, lovğa, təkəbbürlü adam haqqında. [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar.. U.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOV

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed