
XANƏXƏRAB sif. [fars.] klas. Bədbəxt, zavallı, yazıq, evi yıxılmış (adətən təəssüf, mərhəmət məqamında işlənir). Düşdü əlimə bir gecə bir şişə şərab; Gətdim evə, sübh içim məni-xanəxərab. S.Ə.Şirvani. Ər deyil, şair imiş xanəxərab; Fikri yazmaq, oxumaq, şüğlü kitab. M.Ə.Sabir. Bu xanəxərab [arvad] neçə yaşındadır məyər? N.Vəzirov. □ Xanəxərab etmək - bədbəxt etmək, evini yıxmaq. Yox, yox, başına dönüm, a molla, məni xanəxərab edərsən. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|