İzahlı lüğət

XANA

is. 1. Xırda dördbucaqlara bölünmüş bir şeyin qisimlərindən hər biri; dama, kvadrat, göz, bölgü. Şahmat taxtasının xanaları. - [Davud] dəftər qoyub cızıqladı, xanalar ayırdı: “Sıra, nömrə, familiyası, aldığı şey, neçə dənə, imza”. Mir Cəlal.
2. bax hana1. Qadınların kimisi darayır, ip əyirir, kimisi xana qurub kilim toxuyurdu. A.Şaiq. ..[Xeyrənisə] istirahət və yuxusunu özünə haram edib lampa işığında yun darayır, ip əyirir, xana toxuyurdu. S.Hüseyn.
Başqa isimlərə qoşularaq mürəkkəb isimlər əmələ gətirir; məs.: kitabxana, qiraətxana, hamamxana, camaşırxana, duşxana və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed