İzahlı lüğət

XANƏNİŞİN

sif. [fars.] Evdən bayıra çıxmayan, gününü evdə keçirən, daim evdə olan, adamlar arasına çıxmayan. Xanənişin adam. □ Xanənişin etmək - birinə cəza olaraq evdən kənara çıxmağa, cəmiyyətə qarışmağa icazə verməmək, yaxud hər hansı bir səbəbə görə camaat arasına, evdən bayıra çıxa bilməməsinə səbəb olmaq. [Qətibə xatun Səba xanıma:] [Qızıl Arslan] qazıları, ruhaniləri, əyanları və vəzirləri həbsə alır, sürgünə göndərir, xəlifiə tərəfindən təsdiq edilən padşahı xanənişin edir(di). M.S.Ordubadi. Xanənişin olmaq - hər hansı bir səbəbə görə gününü evdə keçirmək, evdən bayıra çıxa bilməmək, xarici aləmlə əlaqəni kəsmək. [Gülsümün] atası
da o qədər qocaldı ki, daha gözləri qüvvətdən düşüb, başmaq tikməyə qadir olmayıb xanənişin oldu. Ə.Haqverdiyev. Xanənişin olmuş (f.sif.) Molla Qasım bir dəfə bir yığıncağa getmişdi. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOV

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed