
XANZADƏis. [xan və fars. ...zadə] Xan oğlu, xan balası, xan nəslindən olan adam. [Ibrahim:] Bu saat hamı xanzadələrin, şahzadələrin qızları sənə həsəd aparır. Ə.Haqverdiyev. [Kəndlilər] Allaha pənah, hələ ki bu şəhərdən gələn xanzadələrin heç birindən xeyir iş baş verməyib - deyib qəzavü-qədərə bel bağladılar. Çəmənzəminli. [Cəmaləddin:] ..O adama öz tərəfimdən izin verdim və onun sədaqətinə əminəm. Bu, kirmanlı Mirzə Rza adında bir xanzadədir. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|