İzahlı lüğət

XANİMAN

is. [fars.] 1. Ev-eşik, ata yurdu, ocaq, dudman, məskən. Yolunda keçmişəm şirin canımdan; Tərk oldum vətəndən, xanimanımdan. Aşıq Ələsgər. Get ata-ananın tez al qanını; Dağıt Ağpoladın xanimanını. A.Səhhət. [Cahangir bəy:] Ta səndən ötəri xanimandan əl çəkib düşmüşəm bərrü biyabanə. N.Vəzirov.
2. Ev, ev adamları, ailə. Ipək döşəməli xanimanlardan; Rəqqasə qızların səsi yüksəlir. S.Vurğun. [Ismayıl:] Uşaqlar, bu xanimanın daşını daş üstə qoymayacağıq, odlayın! P.Makulu. Yanan xanimanlardan körpələrin ağlaşma səsləri ucalır. M.Rzaquluzadə. // Məc. mənada. Könül xanimanın abad eyləyib; Yıxan gözlərinin sədəqəsi canım. Q.Zakir. Könül viran qalan bir xanimandır; Deyib-danışmayır xeyli zamandır. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed