.....i_l_by_id_with_comments
XOR2: xor baxmaq - ikrahla, həqarətlə, alçaq nəzərlə, saymazcasına baxmaq, qiymət verməmək, dəyərsiz saymaq. Xor baxarsan, ac qalarsan. (Ata. sözü). [Əbubəkr ibn Məhəmməd Eldənizin Nizamiyə yazdığı məktubunda] Atam da, əmim də hökumətlərini Azərbaycan xalqının qılıncları kölgəsində qurduqlarına baxmayaraq, bu xalqa xor baxdıqları üçün məhv oldular. M.S.Ordubadi. Faydalı bir zəhmətə heç bir zaman üstdən aşağı xor baxmaq olmaz. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|