İzahlı lüğət

XORTUM

is. 1. Fillərdə və bəzi başqa heyvanlarda müxtəlif vəzifələr (tənəffüs, iybilmə və s.) icra edən boru şəklində uzanan mütəhərrik ağız və ya burun qismi. Deyən zorlu fil; Tapdağında sürüklənən bir aciz deyil; Bir gün gələr qəzəblənib tutacaq səni; Xortumunda ümmanlara atacaq səni. İldırım. // zool. Bəzi onurğasız heyvanların bədənlərinin müxtəlif vəzifələr (ovu tutub boğma, özünü qoruma və s.) icra edən ön hissəsi və ya bu hissədəki fırlar. Zəlinin xortumu. - Boz-qara Qafqaz arısının bədəni başdan-başa tünd bozdur və xortumu uzundur. Bu cins arılar çox sancmır. R.İbrahimov. ..Axşam düşürdü, elə bil, dünyanın bütün ağcaqanadlarını yığıb tökürdülər bura və ağcaqanadlar adamı yandırıb tökən, iynəli xortumlarını işə salırdılar. İ.Məlikzadə. Ağcaqanadlar elə sancırdılar ki, onların xortumu dəyən yer bir saat göynəyirdi. İ.Şıxlı.
tex. Müxtəlif maşınlarda qabağa uzanmış heyvan burnunu xatırladan tutucu hissə. Dəzgahın xortumu. - Torpağın ürəyindən ağrısını çəkir bax; Maşınlar xortumuyla qocaman fillər kimi. S.Rüstəm. Parovozlarla yanaşı olaraq xortumları yuxarı qaldırılmış hündür ekskavatorlar yırğalana-yırğalana irəliləyirdi. Ə.Sadıq. // Nasos və kranlara taxılan brezent, rezin və ya başqa materialdan hazırlanmış uzun boru. Yanğın maşınının xortumu.
Səhra toplarında: lüləni əl ilə hədəfə tuşlamaq üçün top qundağının uzanan arxa hissəsi. Mədəd, yaxında qara xortumu düşmən tərəfiə uzanıb duran topa, o yanda ağ qar zəmisində girəcəkləri seçilən qazmalara baxdı. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed