İzahlı lüğət

XUMARLANMAQ

f 1. Keflənmək, nəşələnmək, məst olmaq. // Keflilikdən axmaq, süzülmək (göz haqqında). Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi. Mübaşir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə dikdi. M.İbrahimov. Yalan sərxoşluğunda elə xumarlanmışıq; Çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq. B.Vahabzadə.
2. Nəşələnmək, zövqlənmək, zövq almaq, nazlanmaq. [Yaşlı kişi:] Uzandığım krovatda xumarlanırdım. S.Hüseyn. Bu dadlı laylalardan balaca [qız] xumarlanıb şirin yuxuya getdi. S.S.Axundov. [Tahir] adəti üzrə, yorğan-döşəkdə xumarlanmadan tez qalxıb paltarını geyindi. M.Hüseyn. // Məc. mənada. Qışın səhərində bu qarlar düzü; Günəşdən qızınıb xumarlanırdı. S.Vurğun. Rüstəm kişi atın belinə sıçrayıb dala baxmadan günəş işığı altında xumarlanan çöllərə tərəf sürdü. M.İbrahimov. ..Nazlanıb xumarlanan çay hamının üzünə gülümsəyirdi. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed