XUDAVƏNDis. [fars.] klas. 1. Allah, Tanrı. [Molla Qurban Fərruxa:] Xudavənd təbarək və təala ruzini həmişə artıq eləsin, inşallah. Ə.Vəliyev. □ Xudavəndi-aləm (Allahın vəsflərindən biri, dünyanın sahibi, ağası) - Allah. Bu surətdə nə səbəbə xudavəndi-aləm özünün kitabını gətirənlərin dinlərindən bir neçə min il əvvəl belə cürbəcür batil dinlərin meydana çıxmasına razı olmuşdur. M.F.Axundzadə. [Sığırçı:] İndi, əmi, get, bax gör xudavəndi-aləm nə cür gözəllər yaradıb. “Aşıq Ələsgər”.
2. Xudavənda (bəzən xudaya-xudavənda) şəklində nida - ay Allah! ey Tanrı! (Allaha xitab). Fələk qoymaz ki, ol mahə verim mən canımı bir gün; Xudavənda, bilirsən kim, deyildir himmətim naqis. S.Ə.Şirvani. [Xırda xanım:] Xudavənda, görəsən mənim kimi də dünyada bir bədbəxt varmı? N.Vəzirov. [Mərsiyəxan:] Xudaya xudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı? Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|