
XULİQAN[ing. adam adından] Xuliqanlıq edən adam. Nədən qalxışdı xulqanlar; Satıldı pula imanlar; Töküldü bigünah qanlar. M.Ə.Sabir. Qıza sataşmaq istəmişdilər, çığırıb xuliqanların əlindən qaçmışdı. H.Seyidbəyli. Gər deyən olsa ki, xuliqandı bu; İnanmarıq biz ona, böhtandı bu; Gör necə bir modabaz oğlandı bu. Ə.Vahid.
Paylaşın - Hamı bilsin
|