
XUDBİNLİKis. Ancaq özünü düşünmə, özünü istəmə, öz mənafeyini hamıdan yüksək tutma; eqoistlik. Vay cəhalət, vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? N.Vəzirov. [Cəfər Rüstəmbəyə:] Qardaş, hər kəsin əlinə nə düşdü, gərək xudbinliyi kənara qoyub, yoldaşını da yada salsın.. Çəmənzəminli. Gülnaz lovğa bir xudbinliyi ifadə edən bu sözlərdən tutulub sıxıldı. Q.İlkin.
Paylaşın - Hamı bilsin
|