
XUDPƏSƏNDLİKis. Özünü çox bəyənmə, özündən çox razı qalma; xudbinlik, lovğalıq. [İkinci mühəndis:] ..Mən özüm də nadan bir şəxs olduğumdan [Yaqubun] xudpəsəndliyinə etiraz etməyib, dediklərini bir məlumat olaraq qəbul eləyirdim. B.Talıblı. Oz xudpəsəndlik mərəzi ilə yaşayıb, gözü yan-yörəsini seçməyən Kamilov indi özünü təklənən gördü. S.Rəhimov. [Tahirin] fikrincə hər addımda xudpəsəndliyə qapılmaq, .. narazılıq eləmək faydasız bir işdi. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|