İzahlı lüğət

XUDAHAFİZ

nida [fars. xuda və ər. hafiz] “Allah hifz eləsin”, “Tanrı saxlasın” mənasında vidalaşıb ayrılanda deyilir - sağ ol! sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! - deyib, taxtdan düşüb hərəmxanəyə rəvanə oldu. M.F.Axundzadə. Bizim bəzi boşboğaz yazıçılarımız da oxşuyurlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib börklərini axtarırlar. C.Məmmədquluzadə. [Əsgər:] Rüstəm bəy, xudahafiz! Məşədi Ibad, xudahafiz! U.Hacıbəyov. - Onda xudahafiz,
deyə kişi qəzəblə donquldanıb yenə getdi. H.Seyidbəyli. □ Xudahafiz eləmək - b ax xudahafizləşmək. Plovdan sonra durdum, xudahafiz elədim... Ə.Haqverdiyev. Teleqrafçı xudahafiz edib getdi. T.Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAK

XAM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed