İzahlı lüğət

XUDMANİ

sif. və zərf [fars.] 1. Gizli, dostyana, məhrəmanə, məhrəmanə bir şəraitdə başqalarının olmadığı bir şəraitdə. Xudmani söhbət. Xudmani danışıq. - Bəli, mən istəyirəm söhbətimiz xudmani olsun, - deyə, Müqim bəy yan-yörəsinə baxdı. S.Rəhimov.
Ancaq ən yaxın, ən inanılmış adamlardan ibarət. [Qəhrəman:] ..Xudmani bir məclis düzəldərəm. S.Rəhimov. Fevral ayının 12-də Ağa Mirsadıq ağa ikisini də axşam yeməyinə dəvət etdi. Bu çox “xudmani” bir qonaqlıq idi. Bir ev sahibi, iki də qonaq - vəssalam. Qantəmir. // Xəlvəti. [Firidun] xudmani bir bağı və həyəti olan yaxşı bir adama rast gəldi. M.İbrahimov.
Bir ailəyə məxsus, kiçik. Karvansaranın hətta xüsusi çalğıçıları və nəğməçi cariyələri vardı ki, bu və ya digər hücrədə xudmani eyş-işrət məclisi qurulanda nəğməçi cariyələr o məclislərə ruh verir, əvəzində maddi nemətlər kəsb edirdilər. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XUB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed