
XUDPƏSƏNDsif. [fars.] Özünü çox bəyənən, özündən çox razı; lovğa, xudbin. Qənbərin bu sözləri məğrur və xudpəsənd Varisdə böyük bir maraq oyatdı. A.Şaiq. Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi. Ə.Məmmədxanlı. // İs. mənasında. Oz halını düşünmə tez, xalqın üçün külüng vur; Qeyrətsizi, xudpəsəndi tarix haqlı unudur. S.Vurğun. [Aydın:] Xudpəsənd öz canının dərdinə qalıbmış. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|