
XURD-XƏŞİL zərf Əzik-əzik, xıncımxıncım, sağ-salamat yer qalmamış, sınıqsınıq. Amma birdən işdi mən çölə-zada çıxmalı olsam, sən gərək xurd-xəşil olasan. “Koroğlu”. Elə o günü məntəqəyə bütün bilək sümüyü xurd-xəşil olmuş bir yaralı gətirdilər. Ə.Əbülhəsən. [Qarakişi Hümmətə:] Sən öləsən, [Yusif] səni boz atdan elə salacaq ki, qabırğaların xurd-xəşil olacaq. B.Bayramov. □ Xurd-xəşil etmək bərk əzişdirmək, əzik-əzik etmək, bədənində sağ-salamat yer qoymamaq. Mollabacı biçarə mütəəlliməni xurd-xəşil edəndən sonra həyətə çıxdı və üzünü qonşuya tutub, ağzına gələni dedi.. Çəmənzəminli. [Sərnişinlərdən biri:] Dünən Qara şəhərdə qoca bir arvadı tramvay aldı altına, xurd-xəşil elədi. Qantəmir.
Paylaşın - Hamı bilsin
|