
XUBLUQis. klas. Gözəllik, göyçəklik. [Kərəm:] Camalın xubluğu mat elər şahı; Göylərə dayanır aşığın ahı. “Əsli və Kərəm”. Əl işin, gül naxışın; Xoyun, xasiyyətin gözəl; Xubluğun, yaraşığın; Aldığın baratın gözəl. Aşıq Ələsgər. Nə gözəl çəkilib qəddü qaməti; Xubluğu mahala car, bizə gəldi. Aşıq Hüseyn.
Paylaşın - Hamı bilsin
|