
XINALIsif 1. Xına çəkilmiş, xınalanmış, əl-ayağına xına qoyulmuş. Xınalı barmaqlar.
..Dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. M.İbrahimov. Manqalın işığında qadının xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı. İ.Hüseynov. Xınaya bulaşmış, xına dəymiş. [Münəvvər xanım:] Mənim də o xınalı baş dəsmalımı götür, sabunla isti suda yu. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|