
XIRDACA-XIRDACA 1. zərf. Yavaş-yavaş, az-az, ahəstə-ahəstə, aramla. Xırdaca-xırdaca yağar yağışlar; Vurğun Səməd bu dövranı alqışlar. S.Vurğun. Bayır tərəfdən divarların dibi ilə uzanan sərv ağacları yenə də yavaş-yavaş tərpənir və qırmızı taxtapuşu xırdaca-xırdaca dınqıldadırdı. S.Rəhimov.
2. sif Kiçik-kiçik, balaca-balaca (çoxluq bildirir). Xırdaca-xırdaca uşaqlar. - [Nərgiz qocaya:] Amma [anamın] göy donunun üstündə xırdaca-xırdaca çoxlu ağ çiçəklər var. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|