İzahlı lüğət

XIRDA-XURUŞ

1. is. Hər cür xırda şeylər, xırdavat. Xırda-xuruş almaq. - Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanlarına, xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. M.Hüseyn.
sif Xırda, kiçik, əhəmiyyətsiz. Evdə xırda-xuruş söz-sov olar. - Cümrü Ağamalının əhəmiyyəti onun bu xırda-xuruş işlərində deyildi. H.Sarabski. Arvad xeylağı heç boş durmağı sevməz, evin yüzlərcə və qurtarmaq bilməyən xırda-xuruş işləri ilə bütün gün məşğul olub durur. Qantəmir. Bu xırda-xuruş pıçıltılardan sonra yenə sükut edib yad adama tamaşa etməyə başladıq. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed