İzahlı lüğət

XÖRƏK

is. Bişirilib yeyilən şey, yemək, bişmiş. Ət xörəyi. Xəmir xörəyi. Xörək hazırlamaq. - Xörəyin yeyilməyi iki saat çəkdi... C.Məmmədquluzadə. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. S.S.Axundov. Xarisə qızardılmış qiymədən hazırlanırdı və bütün cah-cəlallı toy məclislərinin süfrəsində birinci və ən vacib bir xörək idi... Ə.Məmmədxanlı. // Plov, aş. Qərənfil xala eyvanın buxarısında qaynayan balaca qazanın ağzını açdı, xörəyin dəmini aldı. Ə.Vəliyev.
□□ ...xörəyi deyil - bacarmaz, ...işi deyil, qabiliyyəti, gücü çatmaz. Məcidin bel tutmağından, dairə boyu gəzişə-gəzişə beli eyni xəttə tez-tez vurmağından Umud başa düşdü ki, kənkanlıq hər adamın xörəyi deyil. İ.Məlikzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed