
XRİZANTEM[yun.] Mürəkkəbçiçəklilər fəsiləsindən müxtəlif rəngdə çiçəkləri olan bəzək bitkisi; payızgülü. ..Qəzetlərə sarılmış qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. M.S.Ordubadi. [Lətifə] .. çiçək mağazasına getmiş, diqqətlə seçdiyi qərənfildən, ulduz çiçəklərindən, xrizantemdən bir dəstə bağlatmışdı. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|