
XAHNƏXAH(İ) [fars.] zərf Istər-istəməz, laqeydcəsinə. Qoca it xahnəxahi çıxmışdı qapıya və xahnəxahi öz vəzifəsini ifa edirdi. Məmmədquluzadə. Cəmilə xanım xahnəxahi çadrasını başına örtüb evdən çıxdı. E.Sultanov. Züleyxa [Əsgərə ərə getməyə] xahnəxah razı oldu. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|