
XAH[fars.] klas. Istər, istərsə. Təfavüt eyləməz sənsiz mənə, ey sərvi-səngin-dil; Məkanın xah külxan, xah səhra, xah bağ olsun. Qövsi. Məqsədim şəşəəyi-mahi-camalındı sənin; Xah məsciddə onu, xah kəlisadə görüm. S.Ə.Şirvani. ..Hər qisim dava və müharibələrdə xah siyasi olsun, xah iqtisadi və xah qeyri, qalib gələn tərəf müəllimlərin sayəsində nüsrət tapmışlar. F.Köçərli.
Paylaşın - Hamı bilsin
|