
XALÇAÇIis. 1. Xalça toxuyan usta. Qonşuluqda Şərif adlı bir xalçaçı usta var idi. Savadlı qızlardan xalça fabrikinə adam yığırdı. Mir Cəlal. // Xalça mütəxəssisi.
2. köhn. Xalça ticarəti ilə məşğul olan adam, xalça taciri, xalça alverçisi. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də az deyildi. H.Sarabski. □□ Xalçaçı rəssam - Xalça eskizləri hazırlayan rəssam. Paylaşın - Hamı bilsin
|