XAQANis. tar. Qədim türk və monqol hökmdarlarına verilən ad, titul. Xəzər xaqanı. - [Cəllad:] Xaqan, ulu xaqan! Əfv et onu, ver qətlimə fərman! H.Cavid. // köhn. Padşah, hökmdar, sultan. Xaqanlar başına şeşpər çaldıran; Qulac qollar buran qoç Koroğludur. “Koroğlu”. Neçə firon, neçə xaqan ölüb getdi bu dünyadan. O.Sarıvəlli.
Paylaşın - Hamı bilsin
|