
XAL-XAL sif Xallı, xallarla örtülü, xallarla bəzəkli, üstündə xallar olan. Xal-xal parça. Xal-xal örpək. Xal-xalpaltar. - Əlində qırmızı xal-xal çamadan; Gedir kənd yoluyla cavan bir oğlan. B.Vahabzadə. Xal-xal olmaq - 1) parça-parça olmaq, tikə-tikə olmaq, parçalanmaq. Vaza əlimdən düşüb xal-xal oldu. - Təzə ay göydə yandı; Ucu qıyqac dayandı; Buludlar oldu xal-xal. M.Dilbazi; 2) üzərində xallar əmələ gəlmək, xallarla örtülmək, xal kimi olmaq. Oğlanın solğun yanaqları qızarıb xalxal oldu. M.Hüseyn. ..Divarların suvağı xalxal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. I.Hüseynov. Məmmədsadıq kösövləri yağışdan xal-xal olan ocağın qırağından tərpəndi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|