
XALTAis. Heyvanların (əsasən itin) boynuna keçirilən qayış; boyun halqası. Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifin üstünə atdı. S.S.Axundov. Atı qolbənd eləyən Sarı Imaməli xaldar tulanın xaltasından bərk-bərk yapışmışdı. S.Rəhimov.
□□ Başına (boynuna) xalta salmaq (keçirmək) - 1) özünə tabe etmək, öz itaəti altına almaq. Keçirdik öz əlimizlə; Boynumuzu biz xaltaya; Sap olmadıq bir baltaya. Vahabzadə; 2) tez, vaxtından əvvəl evlənən adama zarafatla söylənən ifadə. Nə tez başına xalta saldın? - [Xəlil Pərvizə:] Hamı sənin kimi başına vaxtsız xalta salmaz ki... Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|