İzahlı lüğət

XALVAR

is. 1. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (təxminən 400 kq ağırlığında) olan köhnə çəki ölçüsü. Hesab var dinarla, bəxşiş var xalvarla. (Ata. sözü). [Hacı Mehdi:] Demək ki, bugünkü qiymət, xalvarı 25 tümən? M.S.Ordubadi. [Cavad:] O günləri Məşədi Babanın qızının kəbini kəsiləndə iki xalvar buğda, .. bir kəllə qənd və bir girvənkə çay gətirmişdilər. B.Talıblı.
2. məh. Bir xalvar toxum əkiləcək qədər sahə. Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı Ismayıl vəfat edib .. və iki xalvar zəmi qoyub getdi. C.Məmmədquluzadə.
□□ Bir xalvar - çoxlu, külli miqdarda. [Hikmət İsfahani:] ..Mən axı o ruznaməyə hər ay bir xalvar pul xərcləyirəm. M.İbrahimov. [Maral:] Sizdən də Kayana bir xalvar salam-dua aparıram. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed