
XARRATis. Ağac və taxtadan müxtəlif şeylər qayıran usta; doğramaçı. Bir yanda xarratlar taxta yonub rəndələyir, qapı-pəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. M.İbrahimov. Xarratlar taxtaşalban işlərini qurtarmış, çilingərlər də mexanizmlərin əgər-əskiyini düzəldib qaydaya salırdılar. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|