İzahlı lüğət

XAS1

sif [ər.] 1. Yalnız bir adama və ya şeyə məxsus olan, onun üçün səciyyəvi olan, yalnız bir adamda və ya şeydə olan. Balaca Azad təbiətinə xas bir hay-küylə kənarda oynayır. M.İbrahimov. Güləsər
yeniyetmə kənd qızlarına xas olan bir qəmzə ilə boynunu bükdü və dinməz-söyləməz çardaqdan endi. I.Şıxlı.
Saf, xalis, qatışıqsız, təmiz. Xas polad.
Tən köynəyi xas qırmızı; Gülgəzli xaradan yaxşı. (Qoşma).
tar. Hökmdarın şəxsən özünə məxsus olan. Xas əsgər. - [Şah əşxasa:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Toğrulun məktubunu aparanlardan birisi onun xüsusi katibi Əbülqədir, ikincisi xas qulamlardan Cəmad, üçüncüsü isə Mülhimdir. M.S.Ordubadi.
köhn. klas. Əsil, nəcabətli, əsilli, əsilnəsəbli; əyan, kübar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed