İzahlı lüğət

XASİYYƏT

is. [ər.] 1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter. Yumşaq xasiyyət. Sərt xasiyyət. - Üz bürüməz yar yarını görəndə; Bu xasiyyət nədi, bilməzəm səndə? Q.Zakir. Atalar demişkən: “Atı atın yanına bağlarsan, ya halını götürər, ya xasiyyətini”. Məmmədquluzadə. Nola, gər atəşi-eşq ilə yansaq, şöləmiz yoxdur; Bu xasiyyət bizə nə şəm, nə də pərvanələrdəndir! Ə.Vahid.
Bir şeyə xas olan hal, xüsusiyyət. Sənə həm gül verir, həm də qar verir; Budur xasiyyəti bizim dağların. S.Rüstəm. Bu yerlərə yaxşı bələd olan Şahin dumanın da xasiyyətini bilirdi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAN

XOF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed