
XASSƏis. [ər.] Bir adama və ya şeyə məxsus olan hal, bir adamda və ya şeydə olub, başqalarında olmayan keyfiyyət; xasiyyət. [Rüstəmbəy Vəlibəyə:] Hər şeyi tərsinə başa düşmək [Cəfərdə] bir xassədir. Çəmənzəminli. // Keyfiyyət, xüsusiyyət. Mədən sularının şəfaverici xassələri.
Paylaşın - Hamı bilsin
|