İzahlı lüğət

XATA-BALA

is. 1. Xata, qorxu, təhlükə; xətərli, təhlükəli iş. Xata-baladan uzaq olmaq. - [Ağca:] [Tapdığı] xata-baladan mənim duam saxlayıb. Ə.Əbülhəsən.
2. Dərd, bəla, müsibət, bədbəxtlik. [Sənəm:] Belə mənim dörd balamın dördünün də xata-balası, azarı tökülsün sənin bircə qardaşının üstünə! Ə.Haqverdiyev.
□□ Xata-baladan uzaq qalmaq (olmaq) xatalı, təhlükəli bir işdən, hadisədən uzaqda qalmaq, salamat qalmaq. Arxada, yaxşı bir vəzifədə xata-baladan uzaq qalmaq ona qismət olmamışdı. Ə.Əbülhəsən. Xata-baladan uzaq olasan! - birinə salamatlıq arzusu bildirən ifadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAH

XUB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed