
XATALIsif Xata gətirən, qorxu törədən, təhlükəli, xətərli, nəticəsi qorxulu. Xatalı yer. Xatalı yol. - [Sona xanım:] Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir. M.F.Axundzadə. O, az qala yalvarır, bu xatalı fikirdən onu daşındırmağa səy edirdi. M.Hüseyn. Xatalı yuxudur şöhrət yuxusu; Canıma od saldı onun qorxusu. B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|