
XATƏM2 is. [ər.] Sonuncu, axırıncı, ən sonuncu.
□□ Adəmdən xatəmə - dünyanın əmələ gəlməsindən bu günə kimi; heç vaxt, heç zaman. Adəmdən xatəmə görünməmişdi ki, bəy qızı əsnafa verilsin. Çəmənzəminli. [Molla:] Adəmdən xatəmə görünməyib ki, bir nəfər rəiyyət oğlu bir xanzadənin üzünə ağ olsun. P.Makulu. Paylaşın - Hamı bilsin
|