İzahlı lüğət

XƏZƏL

is. 1. Payız fəslində budaqlardan tökülən (saralmış) quru yarpaqlar. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda ağaclar altında çox xəzəl olan yerdə qurardıq. S.S.Axundov. Ilyas qızın ayaqları yanında, keçənilki quru xəzəllər üstündə oturub qolunu daşa söykədi. Ə.Məmmədxanlı. □ Xəzəl olmaq, xəzələ dönmək saralıb-solmaq, qurumaq. Payızdır, bağçalar xəzələ dönmüş; Təbiət bir solğun gözələ dönmüş. M.Müşfiq. Niyə xəzəl oldu salxım söyüdlər; Harda görüşəcək sevənlər indi? N.Xəzri. // Məc. mənada. Özü xəzəl olub vaxtsız töküldü; Ömrün baharını duymadı, getdi. S.Vurğun. Səni görmədən ölsəm; Xəzəl olub tökülsəm; Dadlı bahar çağımda. M.Müşfiq. Ömrünün bağçası döndü xəzələ. Biinsaf, bivəfa, yar dedi, getdi. M.Rahim. Xəzəl kimi - solğun, solğunlaşmış, təravətini itirmiş. [Fərman Mələyə:] Bir-iki ildən sonra da xəzəl kimi saralıb solacaqsan. M.İbrahimov. Əjdərin üzü xəzəl kimi saralmış və solmuşdu. S.Rəhman. Budaqda titrəyən son xəzəl kimi; Elə bil ümiddən asılıb ürək... N.Kəsəmənli.
Müqayisələrdə çoxluq, hədsizlik, saysızlıq bildirir. [Bibixanım:] Pul əlində elə bil Şüvəlan bağlarının xəzəlidir. B.Bayramov. □ Xəzəl kimi yağdırmaq (səpələmək, tökmək) - sağa-sola xərcləmək, israfçılıq etmək. [Fatmanisə Seyidə:] ..Dua yazdıran kimdir, ruh tutduran kimdir, nəzir də ki xəzəl kimi başından aşağı pulu yağdırırlar. R.Əfəndiyev. Xəzəl kimi yağmaq (səpələnmək, tökülmək) - həddindən artıq, çoxlu, saysız-hesabsız gələn pul haqqında. Onluqdan tutmuş yüzlüyə qədərpullar sazın üstünə xəzəl kimi töküldü. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XUB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed