İzahlı lüğət

XƏZİNƏ, XƏZNƏ

is. [ər.] 1. Pul, cavahirat və s. qiymətli şeylər saxlanılan yer. Cümə axşamları ağanın xəzinəsindən füqəraya pulpaylanardı. Ə.Haqverdiyev.
Bir dövlətə məxsus pul, sərvət, torpaq və s. qiymətli vəsaitin hamısı birlikdə. Dövlət xəzinəsi. Xəzinəyə məxsus torpaqlar. Xəzinə malı. - ..Uşqolların xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə.
məc. Mədəni və mənəvi sərvətlərin toplusu. Türk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. F.Köçərli. Onlar böyük bir səy ilə xalqının qəhrəmanlıq tarixinə yeni səhifələr yazmış, ya da elm və sənət xəzinəsini parlaq incilərlə zənginləşdirmişlər. M.İbrahimov. Köhnə Şərq hamamlarında isti su saxlanılan yer, hovuz. [Xortdan:] Bizim hamamların İran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Ə.Haqverdiyev. Ancaq tağların birinin altında xəzinə olardı. Orada isti su saxlanılardı. H.Sarabski. [Rza bəy:] Əşi, girirəm xəzinəyə, bilmirəm ki, bu içində çimdiyim sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Ü.Hacıbəyov. Keçmişdə tapançada dəstəyin, tüfəngdə qundağın dibçəyində, müasir silahlarda isə patron qoyulan yer. [Həcər] tüfəngi əlinə götürüb onun xəzinəsini açır, diqqətlə buraya baxır və yoxlayırdı. S.Rəhimov.
□□ Xəzinə üstündə oturmaq - çoxlu pul, var-dövlət sahibi olan adam haqqında. [Hacı Murad:] Haradan alım? Deyəsən, xəzinə üstündə oturmuşam. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed