İzahlı lüğət

XİLAF

is. [ər.] 1. Zidd, əks. [Hakimi-şər:] Ağa Salman, deyirlər, Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı? M.F.Axundzadə. Usta Ramazan adətin xilafına səbirsizlik göstərdi. M.Hüseyn.
2. Yalan, qeyri-həqiqət. [Vəzir:] Sənin çörəyin mənə qənim olsun, əyər xilaf ərz edirəm. M.F.Axundzadə. [Əmir:] Zeyd, mənim sözüm əmir sözüdür; onda xilaf ola bilməz. Leylanı sənə verərəm. Lakin sən mənə qırx gün möhlət ver. U.Hacıbəyov.
□□ Vədi xilaf olmaq - bu və ya başqa səbəbə görə vədini, dediyini yerinə yetirə bilməmək. [Molla İbrahim Xəlil:] Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. M.F.Axundzadə. Vədinə xilaf çıxmaq - verdiyi sözü, vədi yerinə yetirməmək, yalançı çıxmaq. [Əbülhəsənbəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. M.S.Ordubadi. Lətifəyenə gözlərini qaldırmadan cavab verdi: - Bəli, usta. Qoy vədinə xilaf çıxan utansın! M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed