
XİLASis. [ər.] Qurtulma, xilas olma; nicat, qurtuluş. □ Xilas etmək - 1) qurtarmaq, nicat vermək. Təhlükədən xilas etmək. Suda boğulanları xilas etmək. - Cəfayə, zülmə bütün nifrət eyləyir aləm; Xilas elə bəşəri zülmdən cəsarət ilə. Ə.Vahid. Yoldaşlarından bir neçəsi onu xilas etməyə yüyürmək istədisə də, nəzarətçi ağacını qaldırıb onlara çığırdı. M.Rzaquluzadə; 2) azadlığa çıxartmaq, azadlıq vermək. Xilas olmaq qurtulmaq, azad olmaq, nicat tapmaq, canını qurtarmaq. Ölümdən xilas olmaq. Əsarətdən xilas olmaq. - Veylabadın üstə səadət günü doğdu. Şəhər bir böyük bəladan xilas olmuşdur. Çəmənzəminli. [Veysəl] tələdən nə cür xilas olmaq haqqında düşünərkən, qaranlıqdan kimsə soruşdu. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|