
XİLASKARsif. [ər. xilas və fars. ...kar] Təhlükədən, ölümdən xilas edən; xilasedici, qurtarıcı. // İs. mənasında. Rüxsarə axırıncı olaraq öz xilaskarını ziyarət etməli, onunla vidalaşmalı idi. S.Rəhimov. Olmazın sarsıntı keçirmiş Mehriban xilaskarının boynuna sarılıb uşaq kimi ağlayır. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|