İzahlı lüğət

XİLQƏT

is. [ər.] 1. Yaradılma, yaradılış. Dünyayə gələn getmək üçündür, bu nə qəmdir; Bir fikr elə, bu xilqəti-aləm nə üçündür. S.Ə.Şirvani. Xoşdur xilqətdəki hər gözəlliyi; Ürəkdən duyaraq anlaya bilmək! M.Müşfiq. Minlərcə gözəl olsa da hər millət içində; Olmaz sənə bənzər, gözəlim, xilqət içində. Ə.Vahid.
2. Birinin təbiətində, yaradılışında olan hal, xüsusiyyət; təbiət, yaradılış. Bu xasiyyət onun xilqətində var. Bu adamın xilqəti belədir. - ..Ürək də qəribə xilqətdir deyən; Bəzən öz istəyi özünə yükdür. M.Araz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed