İzahlı lüğət

XİNGAL

is. Dama-dama kəsilmiş xəmir parçalarından bişirilən xörək. Sulu xingal. Quru xingal. Qovurma xingal. - Fərrux xingalın hazır olub-olmamağını yoxlamaq üçün o biri otağa keçəndə Molla Qurban durub toqqasını genəltdi. Ə.Vəliyev.
□□ Xingal kimi doğramaq - tikə-tikə doğramaq, tikə-tikə etmək. ..Bizi görən kimi yükləri töküb qaçacaqlar, qaçmasalar, əl açsalar, hamısını xingal kimi doğrayacağam. M.F.Axundzadə. Mənə Bahadıroğlu Xanbaba deyərlər, qoymaram ayağıvuzi ayağıvuzun üstündən götürəsiz, hamıvuzi xingal kimi doğraram. H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed