
XIRDA-MIRDA bax xırdavat. Xırdamırda satmaq.
top. Hər cür xırda şeylər. Xırda-mırdanı bir küncə yığmaq. // Sif. mənasında. Keşiş xırda-mırda ev şeylərini satıb köçünü yüngül elədi. “Əsli və Kərəm”. Az, cüzi. Xırda-mırda xərclik. - [Serjant:] Iki tümən də xırda-mırda xərcim çıxmışdı. P.Makulu. Kiçik, əhəmiyyətsiz. Altıncı da xırdamırda oğurluq eləyənlərdir ki, manifestə düşüb azad olublar. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|